Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Portuqaliya matçını idarə edəcək hakimlərin adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, martın 26-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu 41 yaşlı Andre Marrinerin başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.
Baş hakimə Simon Petr Bennet, Stüart Bert və Entoni Teylor (dördüncü hakim) kömək edəcəklər.