big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Azərbaycan milli komandası Olimpiadaya 4 lisenziya qazandı

29.11.2015 , 18:36

Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı keçirildi. Corc Braun Konfrans Mərkəzinin Yarış zalında 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə apardılar. Bütün çəki dərəcələrində gərgin mübarizənin şahidi olduq. Çox sayda dünya və Avropa rekordları qırıldı, ağır atletika aləmi həm köhnə, həm də yeni çempionlarını tanıdı.

Bu turnirdə Azərbaycan milli komandası da iştirak edirdi.  8 kişi və 3 qadın atletlə dünya çempionatına qatılan yığmamızın uğurla çıxış etdiyini söyləmək olar. Bunu xüsusilə kişilərə aid etmək olar ki, buna da səbəb əldə edilən Olimpiya lisenziya xallarıdır.

Ümumilikdə qeyd edək ki, bütün çəki dərəcələrində çıxışlara müvafiq olaraq lisenziya xalları milli komandanın aktivinə yazılır. 1-25-ci yerlər xal gətirir. Qızıl medal qazanan idmançı 28, gümüş sahibi 25, bürünc medalçı isə 23 xal əldə edir. Bundan sonrakı yerlər isə müvafiq olaraq 1 xal azalma yolu ilə davam edir. Yəni 4-cü yer 22, 5-ci yer 21, 6-cı yer 20… və 25-ci yer 1 xal.

Olimpiada üçün cəmi 3 lisenziya xarakterli turnir olur. Bunlar Olimpiadadan bir və iki il əvvəl keçirilən dünya çempionatları və Olimpiya ilindəki qitə turnirləridir. Məhz bu yarışlarda əldə edilən nəticələr milli komandanın aktivinə yazılır. Sonda bütün xallar toplanır və ən çox xalı olanların siyahısı hazırlanır. Kişilərdə 1-6-cı yerlər 6, 7-12-ci yerlər 5, 13-18-ci yerlər 4, 19-24-cü yerlər isə 3 Olimpiya lisenziyası əldə edirlər. Qadınlarda isə 1-9-cu yerlər 4, 10-16-cı yerlər 3, 17-21-ci yerlər isə 2 lisenziyaya sahib çıxa bilirlər. Yekun qitə turnirindən sonra lisenziya sayı arta da bilər. Beynəlxalq Ağır Atletika Federasiyası lisenziya əldə edə bilməyən ölkələrə “wild card” (vayld-kard) vermək hüququna da malikdir. Bir ölkə Olimpiadada maksimum 10 atletlə – 6 kişi və 4 qadın – təmsil oluna bilər.

Hyustonda keçirilən dünya çempionatında 3 qadın atletimiz iştirak etdi. Silviya Angelova 48 kq çəki dərəcəsində 34-cü yeri tutaraq bizə xal qazandırmadı. Əvəzində 58 kq-da çempion olan Boyanka Kostova 28 xal, 69 kq çəki dərəcəsində isə 13-cü olan Anastasiya İbrahimli 13 xal əldə etdi. Ötən il Qazaxıstanda qazandığımız 19 xalın üzərinə bu il 41 xal əlavə etsək də, toplamdakı 60 xal bizə yalnız 26-cı yeri tutmaq imkanı verdi. Bu isə qadınlarda heç bir lisenziya əldə etməməyimiz deməkdir. Kiçik bir müsbət məqam da var. Komanda hesabında 24-cü olan qadın yığmamız medal sayına görə dünya 3-cüsü adını qazandı. Bu, Kostovanın 3 (birdən, təkanla və toplamda) qızılı hesabına mümkün oldu. Boyanka həm də çempionatın ən güclü qadın idmançısı da seçildi. 58 kq çəki dərəcəsində toplam 252 kq-ın öhdəsindən gələn millimizin üzvü Sinkleyr cədvəli üzrə 355.23 xal toplayaraq bütün rəqiblərini üstələdi.

Kişilərdə daha yaxşı çıxış etdik. 62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov 23, 69 kq çəki dərəcəsində 6-cı olan Firudin Quliyev və 77 kq çəki dərəcəsində eyni pilləni tutan Elxan Əliquluzadə hərəyə 20 xal, 94 kq çəki dərəcəsində yarışan İntiqam Zairov 9-cu pillə ilə 17, Rövşən Fətullayev 12-ci pillə ilə 14 xal, 105 kq çəki dərəcəsində Nailxan Nəbiyev 21-ci pillə ilə 5, Dadaş Dadaşbəyli isə 9-cu pillədə qərarlaşaraq 18 xal qazandırıb. Ötən il Qazaxıstandakı dünya çempionatında isə cəmi 23 xal qazanmışdı. Hyustonda isə bunun üzərinə 112 xal (bu xalların 90-nı “Zirvə” İdman Klubunun atletləri qazanıblar) əlavə etdik və aktivimizdə toplam 135 xal oldu. Bu isə bizə 16-cı yeri tutmaq deməkdir. Bu pillədə qrarlaşaraq Azərbaycanın kişilərdən ibarət ağır atletika yığmasının Rio Olimpiadasında 4 lisenziya qazanması deməkdir. Bu rəqəm arta və azala bilər. Son nəticələr gələn il Norveçdə keçiriləcək Avropa çempionatından sonra açıqlanacaqdır.

Əlavə edək ki, kişilərimiz komanda hesabında dünya çempionatının 6-cısı, medal hesabında isə 8-cisi oldular. Çox vacib məqam Azərbaycan kişi ağır atletlərinin Hyustondakı dünya çempionatında çox yaxşı çıxış etməsidir. Belə ki, Olimpiya sıralaması yalnız bu yarışa görə verilsəydi, milli komandamız 6 lisenziya əldə edə bilərdi. Azərbaycan xal hesabında yalnız Rusiya, Qazaxıstan, Şimali Koreya və Belarus yığmalarından geri qaldı. Ötən il məlum səbəblərdən Qazaxıstanda keçirilən dünya çempionatına güclü heyətə qatıla bilməməyimiz işimizi çətinə saldı. Bu dəfə daha yaxşı, daha istəkli komandamız vardı. “Zirvə”çilər – Elxan Əliquluzadə, Firudin Quliyev və Dadaş Dadaşbəyli kimi gənc və istedadlı atletlər də üzərilərinə düşən vəzifənin öhdəsindən artıqlaması ilə gəldilər. Klubumuzun qısa müddət ərzində yetişdirdiyi ağırlıqqaldıranlar etimadı doğruldurlar. Karyeralarının hələ başlanğıcında olan bu idmançıların qarşıdakı turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəyinə şübhə yoxdur.

Son yazılar

To Top