Azrbaycandan növbəti medal
09.08.2022 , 16:08

Azərbaycan komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 2-ci medalını təmin edib.
Korner.az xəbər verir ki, buna taekvandoçumuz Qaşım Maqomedov (58 kq) nail olub. O, Pakistan təmsilçisi Xan Haruna qalib gələrək yarımfinala yüksəlib. Maqomedov yarımfinala vəsiqə qazandığı üçün ən azı bürünc medalı təmin edib.
Azərbaycan yarışda ilk medalını dünən qazanıb. Anna Skidan çəkicatma növündə bütün qızıl medalın sahibi olub.
