“Azersun Arena”da növbəti məşq – Şəkillər
09.01.2020 , 13:35

“Qarabağ” bu mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.
Korner.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda bu gün növbəti məşqə çıxıb.
Qeyd edək ki, Premyer Liqanın lideri yanvarın 12-si hazırlığın ikinci mərhələsi üçün Antalyaya gedəcək. Orada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında “Qarabağ” 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın “Jetisu”, yanvarın 25-i Çexiyanın “Siqma” və Polşanın “Visla Plok” klublarıyla qarşılaşacaq.
