big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Azarkeşli olsaydı, daha maraqlı olardı” – Qurban Qurbanov

13.03.2021 , 20:39

Azərbaycan Premyer Liqasının XX tturunun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klbuunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

– Futbolçularımı təbrik edirəm, vacib qələbə idi. Bir az gərginlik, bir az da yorğunluq var idi. Hər bir futbolçudan razı qaldım. Komanda get-gedə daha inamlı və güclü oynamağa başlayırdı. İndi fasilə olacaq. Ola bilər ki, futbolçular bu fasilədə əvvəlki formalarından uzaqlaşsın. Əlimizdə olan 5-6 futbolçu ilə 15 günü keçirəcəyik.

-Cəza müddəti başa çatan Kevin Medinanın bu gün ehtiyatda qalması nə ilə bağlı idi?
– Nüanslar çox idi. Ola bilərdi ki, uzun müddətdən sonra oyuna çıxması çətin olsun. Digər tərəfdən, digər futbolçular da özünü yaxşı tərəfdən göstərir.

– Dino Ndlovunun qayıdışı nə dərəcə mümkündü?
– Dinonu hamımız çox istəyirik. Komandamızın bir parçası olub. Uğurlarımızda onun da əməyi olub. Hazırda onun qayıdışı ilə bağlı məsələ yoxdu. Yanvarda qısa danışıq olmuşdu. Bizə təklif etmişdilər və sonra söhbət olaraq da qaldı. Əlavə heç nə olmayıb.

– Milli komandanın son oyunlarının ardınca Rahil Məmmədovla Maksim Medvedev virusa görə səfərdən qayıda bilməmişdi…
– Hər zaman millidən sonra futbolçularımın fiziki yox, psixoloji vəziyyətindən narahat olmuşam. Son oyunlarda optimal heyətimiz yaranıb, qələbələri sıralayırıq. İndi fasilə olacaq və 11-12 futbolçumuz millililərə çağırılacaq. Patrik Andradeni də ölkəsinin millisinə dəvət ediblər. Əlimizdə 5-6 gənc futbolçu qalır. Sonra yenidən komandanı bərpa etmək məndə narahatlıq yaradır. Çox gərgin çempionat gedir. Milli komanda hamımızındı. Həm sevinirik ki, bu qədər futbolçumuz milliyə gedir. Neçə gündü düşünürəm, yığdığımız bu formanı fasilədən sonra necə geri qaytaracağıq.

– Keysuke Hondanın “Neftçi”yə keçidi ilə bağlı nə deyə bilərsiz?
– Böyük adların bizim futbola gəlməsi heç də pis nəticə verməz. İstər məşqçi, istər futbolçu olsun. Belə adlar, simalar görəndə azarkeşlərin futbola marağı artır. Hər zaman belə şeyin tərəfdarı olmuşam. Azarkeşli olsaydı, daha maraqlı olardı. Hondanın “Neftçi”yə gəlməsi onu göstərir ki, çox iddialıdılar. Belə futbolçularım çempionatda olması hər kəsə stimul verir. Bəlkə də, bu, hələ başlanğıcdı. Uğurlar arzulayıram.

– Əsasnamədə var ki, klublar sona 3 tur qalana qədər azad agent futbolçular transfer edə bilər. Siz nə üçün bu variantdan istifadə etmirsiz?
– Boşda olan futbolçu transfer pəncərəsi dövründə yeni komandaya keçə bilər. Elə oyunçular ola bilər ki, 3-4 aydır boşdadı. Onların transferi böyük risk də ola bilər. Bizim hazırda belə bir düşüncəmiz yoxdu.

Son yazılar

To Top