Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Premyer Liqanın IX turunun bəzi oyunlarında baş verən hadisələrlə bağlı qərar verilib.
“Neftçi” – “Kəpəz” matçında qonaq komandanın beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib. “Turan” – AZAL matçında “Turan”ın altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə edilib.
“Xəzər Lənkəran” – “Qəbələ” matçının 82-ci dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub iki min manat cərimə olunub.