Sentyabrın 22-də FIFA U-17 qadınlararası dünya çempionatına start veriləcək.
Korner.az– ın məlumatına görə, çempionatın ilk oyunu saat 17:00-da, Tofiq Bəhramov adına Respubika stadionunda Nigeriya və Kanada yığmaları arasında keçiriləcək.
Saat 18:00-da açılış mərasimi, saat 20:00-da isə Azərbaycan – Kolumbiya qarşılaşması başlayacaq. Açılış mərasiminə və yığmamızın ilk oyununa təşrif buyuracaq azarkeşlər FIFA-nın tələblərinə və təhlükəsizlik qaydalarına uyğun olaraq tribunalarda yerlərini saat 18:00-a qədər tutmalıdırlar.
Qeyd edək ki, həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyun saat 17:00-da keçiriləcəyi üçün arenanın qapıları saat 15:00-dan etibarən açıq olacaq.
