DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda Azərbaycan yığmasının qonağı olacaq Portuqaliya milli komandasının məşq keçəcəyi stadion müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Kriştiano Ronaldo və komanda yoldaşları “Bakı”nın bazasında hazırlıq keçəcəklər.
Stadionun son durumu ilə tanış olmaq Portuqaliya millisinin nümayəndələri martda Bakıya gələrək vəziyyətlə yerindəcə tanış olacaqlar.
