Madridin "Atletiko" klubu "Bakı" ilə yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri “Atletiko”nun rəsmi saytı yayıb.
“Bakı” klubu ilə əməkdaşlıq müqaviləsi imzayan “Atletiko” iki komanda arasında münasibətləri daha da yaxınlaşdırmaq məqsədi ilə yoxlama matçı keçirmək qərarına gəlib.
Bundan əlavə, Madrid klubunun baş məşqçisi Diyeqo Simeone Azərbaycanın gənc futbolçularına təcrübə keçmək üçün Bakıya gələcək.
Səfərin mövsümün sonunda baş tutması gözlənilir.
