Azarkeşləri söyən futbolçu cəzalandı
04.12.2018 , 18:44

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İclasda birinci divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.
12-ci turda keçirilən “Zaqatala” – MOİK görüşünün 30-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan qonaqların futbolçusu İsmayıl Muradov 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
Qarşılaşmanın 33-cü dəqiqəsində MOİK-in digər oyunçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyi üçün 3 oyunluq cəza alıb, klubu isə 160 manat cərimə ödəyəcək.
