Azarkeşləri “Qarabağ”ı ziyana saldı
20.12.2024 , 13:30
AFFA “Şamaxı” və “Qarabağ” klublarını cərimələyib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın ntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Azərbaycan Premyer Liqasında 3-cü turun “Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimələnib.
Həmçinin, sözügedən görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimələnib.