"Fənərbağça"nın braziliyalı futbolçusu Aleks de Souzanın Türkiyədə heykəli qoyulub.
Korner.az xəbər verir ki, dünən 35 yaşını qeyd edən kapitan heykəlin açılış mərasimində göz yaşlarına hakim ola bilməyib.
1907 ÜNİFEB, "Fənərbağça"lılar Dərnəyi, "Cəfakar Kanaryalar" və "Vamos Bien" fan-klublarının maliyyəsi hesabına ucaldılan heykəl əfsanəvi Lefterin heykəlinin yaxınlığındadı.
Tədbirdə "Fənər"in baş məşqçisi Aykut Kocaman iştirak etsə də, klub başqanı Əziz Yıldırım gözə dəyməyib.
Heykəl təxminən 32 min 750 lirəyə (16 min AZN) başa gəlib.
