Dünən Avropa Liqasında “Ayntraxt” – “APOEL” oyunundan öncə ixtişaş baş verib.
Korner.az-ın məlumatına görə, Frankurtda “APOEL” azarkeşlərinin qaldığı otelə basqın edən holiqanlar əllərindəki məşalələri yandıraraq otelin əşyalarına zərər verib. Polisin müdaxiləsinin ardından 13 azarkeş saxlanılaraq bölməyə aparılıb. Heç kimin xəsarət almadığı ixtişaşda otelə 30 min frank ziyan dəyib.
