Çempionlar Liqası IV turunda “Qarabağ” səfərdə “Atletiko” ilə qarşılaşacaq. Matç həftənin ikinci günü Madrid şəhərində keçiriləcək.
“Qarabağ” komandası bu gün qarşılaşmanın keçiriləcəyi şəhərə yola düşüb. Ağdamlılar Madrid hava limanından şəhərə hərəkət edən avtobuslara gedərkən azərbaycanlı azarkeşlərin dəstəyini eşidiblər. Bir neçə futbolsevər “Qarabağ”ı dəstəkləmək üçün hava limanına qədər yol qət edib.
