Dünən gecə Çempionlar liqasında baş tutan “Borussiya”(Dortmund) – “Qalatasaray” oyunu bir neçə dəfə dayanmalı olub.
Korner.az-ın məlumatına əsasən, “cim bom” azarkeşlərinin oyunun 52-ci dəqiqəsində meydana partlayıcı və tezalışan maddələr atması buna səbəb olub. Bu hərəkət səbəbi ilə “sarı qırmızılılar”ın cəza alması gözlənilir.
Qeyd edək ki, eyni hərəkət nəticəsində “Qalatasaray” klubu “Arsenal”la oyundan sonra 50 min avro cərimələnmişdi
