Dünən Türkiyə Superliqasının növbəti turu çərçivəsində baş tutan “Kayserispor” – “İstanbul BB” komandalarının qarşılaşmasında azarkeşlər və polis arasında toqquşma yaranıb.
Korner.az-ın məlumatına görə, ilk hissənin fasiləsində təhlükəsizlik əməkdaşları bir azarkeşi stadiondan çıxarmağa çalışıb. Bu səbəbdən də azarkeşlərlə təhlükəsizlik arasında dava düşüb.
Nəticədə azarkeş və polis arasındakı toqquşmada 4 polis yaralanıb, 2 azarkeş isə nəzarətə alınıb.