Fransa Liqa 1-də həftə sonu keçirilməli olan “Bastiya” – “Nant” oyunu təxirə salınıb.
Korner.az-ın məlumatına görə, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb.
Oyunun təxirə salınmasına səbəb, son vaxtlar “Bastiya” azarkeşləriylə polis arasında yaşanan insidentlər olub.
Fevralın 13-də keçirilmiş “Reyms” – “Bastiya” oyunu (0:1) zamanı polislə qonaqların azarkeşləri arasında baş verən insident nəticəsində 1 azarkeş yaralanmış, 7 azarkeş isə saxlanmışdı.
Bu hadisədən bir gün sonra isə yüzə yaxın “Bastiya” azarkeşi Korsika adasındakı polis məntəqəsinə hücum etmiş, bunun da nəticəsində bir polis başından yaralanmışdı.
