Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiyada keçirilən “Partizan”-“Neftçi” matçından sonra qalmaqal düşüb. Korner.az– ın məlumatına görə, matçın final fiti səslənən kimi “Partizan”ın bəzi futbolçuları “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin üzərinə hücum çəkiblər. "Neftçi"nin klub nümayəndələri Stamenkoviçi meydandan uzaqlaşdırıblar. Az sonra yeri azarkeşlərdən bir neçəsi meydana daxil olaraq “Partizan” futbolçularına hücum ediblər. Lakin polislər vaxtında müdaxilə edərək insidentin qarşısını aliblar.
