Azarkeşlər oyunları stadiondan izləyə biləcək
28.05.2020 , 20:47

Macarıstan çempionatında azarkeşlərin oyunları stadiondan izləməsinə icazə verilib.
Korner.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Azarkeşlər müəyyən olunmuş qaydaya əsasən tribunaya buraxılacaqlar. Eyni zamanda azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdır.
Qryd edək ki, koronavirusa görə dayandırılan Macarıstan çempionatı mayın 23-də bərpa olunub.
