Azarkeşlər “Old Trafford”da oyunları ayaqüstə izləyəcək
30.04.2020 , 20:59

“Mançester Yunayted” növbəti mövsümdən “Old Trafford”da azarkeşlərin oyunları ayaqüstə izləyə biləcəyini açıqlayıb.
Korner.az xəbər verir ki, klub azarkeş üçün təhlükəsizlik baryerlərinin quraşdırılması üçün icazə aldığını bəyan edib.
1989-cu ildə “Liverpul” və “Notingem Forest” klublarının qarşılaşdığı “Hillsboro” stadionunda tribunanın çökməsi nəticəsində 96 nəfər azarkeş ölmüşdü Həmin hadisədən sonra İngiltərədə azarkeşlərin ayaqüstə oyun izləməsi qadağan olunub.
