AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda qərara alınıb ki, Premyer Liqanın XV turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunsun. Oyunun 30-cu dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya pirotexniki vasitə atıldığı üçün klub 2000 manat cərimə edilib.
Premyer Liqaın XIV turunun “Qarabağ” – “Turan” matçında “Turan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Premyer Liqasının XV turunun “Qəbələ” – “Bakı” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final “Turan” – “Xəzər Lənkəran” matçının 90+3-cü dəqiqəsində “Turan”ın qapıçısı Andrey Popoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
