“Bursaspor”un məşqi zamanı 25 nəfərlik azarkeş qrupupu klubun bazasına basqın edib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar son zamanlardakı uğursuzluqlardan narazılıqlarını bu yolla ifadə ediblər.
Azarkeşlər futbolçulara bu sözləri ünvanlayıblar: “Artıq adam kimi oynayın. Sizə 3 həftə vaxt veririk. Sonrası üçün məsuliyyət daşımırıq. Olacaqlardan qorxun”!