Azarkeşlər jurnalistləri döyüb
09.08.2018 , 19:04

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən PAOK – “Spartak” (3:2) matçından öncə rus jurnalistlər yerli azarkeşlərin hücumuna məruz qalıblar.
Bu haqda jurnalist Dmitri Yeqorov Tvitterdə yazıb. O qeyd edib ki, həmkarlarının bir neçəsinə hücum edən yunan fanatlar onları soyublar, eləcə də akkreditasiyalarını almağa çalışıblar.
Hətta “Tumba” stadionunun media sektorunda rus jurnalistlərə hücum edən fanatlar onlara zərbələr də endiriblər.
