Futbol

“Azarkeşlər indi fikirləşirlər ki, mən necə futbolçuyam” – “Qarabağ”ın yeni transferi

24.01.2020 , 12:10

“Qarabağ”a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq xəyalım idi”.

Korner.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Ovusu Kvabena klubun rəsmi saytına açıqlamasında deyib.

Ağdam təmsilçisinə keçidi haqda danışan qanalı hücumçu azarkeşlərin onda nə gözlədiyini yaxşı bildirini qeyd edin: “Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın ardıcıl 6 dəfə çempion olmuş komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələn ən yaxşısı edəcəyəm.

“Qarabağ”dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, komanda iki il öncə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi. Gənc futbolçuyam və bu, mənim üçün əla imkandır. Öz şəxsi hədəfim haqda heç nə deməyəcəyəm. Məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşirlər ki, mən necə futbolçuyam. Ümid edirəm ki, oyunumla özümü onlara sevdirəcəyəm”.

Son yazılar

Yuxarı