Futbol

Azarkeşlər dayanmaq bilmir: “İstefa reallaşana kimi “istefa”

09.09.2019 , 15:06

AVEO-2020 qrup oyunlarında bu günə kimi keçirdiyi oyunların hamısında məğlub olan Azərbaycan milli komandasının Xorvatiya ilə oyununa maraq azdı.

Korner.az İdmanxeber.az-a istinadən xəbər verir ki, 11.000 tamaşaçı tutumuna malik “Bakcell Arena”nın axşamkı oyunda dolmayacağı bildirilir. Azarkeşlərin oyuna belə laqeyd yanaşmasının səbəbi bərbad idarəçilik və bunun fonunda gələn nəticələrdi. Buna görə də, bir müddətdi azarkeşlər AFFA rəhbərliyini istefaya səsləyir. Bugünkü oyunda da bu halın yenidən təkrarlanacağı istisna edilmir.

Artıq ötən gündən sosial şəbəkələrdə azarkeşlər oyunun gedişində AFFA rəhbərliyini istefaya səsləyəcəklərini bildirirlər.

Son yazılar

Yuxarı