“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Onlar doğrudan da güclü komandadırlar. “Qarabağ”ın güclü olması turnir cədvəlində də öz əksini tapır”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 34-cü turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– “Qarabağ” artıq işini bitirib. Bugünkü oyunda sizdən yaxşı oyun gözləsək də, bunun şahidi olmadıq. Səbəb nədir?
– Hücumdan müdafiəyə qoşularkən səhvlərə yol verdik. Hesabda geri olduğumuz zaman təzyiqi artırmalıydıq. Amma bunu bacarmadıq.
– Bu gün azarkeşlər sizi istefaya səslədi. Özünüzü necə hiss edirsiniz?
– Mən özümə inanmağa davam edirəm. Bu, azarkeşlərimizin seçimidir. Bu, onların komandaya olan sevgisini yox, münasibətini göstərir. Azarkeşləri bu hərəkətlərinə görə satqın adlandırardım.
– Cavid Hüseynovun yoxluğunda komandanızı arxasınca aparan lider futbolçu yoxdur…
– Cavidi çox istəyirəm. Onun yoxluğu hiss olunur. Komandamızda çox lider futbolç
– Azarkeşlərinizi satqın adlandırdınız. Qəbələyə qayıtmaqdan qorxmursunuz? Düşünürsünüz ki, azarkeşləriniz sizi kiməsə satıb?
– Satqınlıq deməzdim. Belə bir münasibəti hiss etdim. Qəbələyə qayıtmaqdan qorxmuram və sözümün arxasındayam.Bizi Avropa Liqasında dəstəkləyən azarkeşlərin bu gün belə bir münasibət göstərməsini qəbul edə bilmirəm. Gələcəkdə vəziyyətimiz düzəlsə, mən o insanlarla ünsiyyət qurmayacağam.
