AVRO-2012-də A qrupunda Rusiya və Çexiya yığmalarının oyununda Milan Baroş öz azarkeşləri tərəfindən fitə basılıb.
Korner.az-ın məlumatına görə, 4:1 məğlub olduqları matçda Baroş oyunun son dəqiqələrində Lafitayla əvəzlənib. Meydanın kənarına doğru gələn "Qalatasaray"lı futbolçu azarkeşləri tərəfindən fitə basılıb. Lakin çexiyalı buna məhəl qoymayıb.
