“Neftçi” də gördüklərim sözün yaxşı mənasında məni təəccübləndirdi. Çox güclü heyətimiz var. Bu komanda böyük uğurlara imza ata bilər”. Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun yeni transferi Erik Ramos deyib.
Paraqvay yığmasının üzvü “Neftçi”də uğur qazanmaq istədiyini bildirib: “Mən Paraqvay millisidə də 15 nömrəli formanı geyirəm. Çox sevindim ki, “Neftçi”də bu nömrə boş idi. Əminəm ki, azarkeşlər 15 nömrəli paraqvaylını heç zaman unutmayacaq. Bizi qarşıda Çempionlar liqasında çətin oyunlar gözləyir. Bu turnir mənim xəyalım olub. İndi isə mən Çemionlar Liqasında oynayacam. Bu şansı mənə “Neftçi” verdi. Əlimdən gələni edəcəyəm ki, komandamız Çempionlar Liqasında uğur əldə etsin”.