Azərbaycan Premyer Liqasının oyunları "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Korner.az-ın kanalın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bu gündən etibarən azarkeşlər çempionatın oyunlarını canlı izləyə biləcəklər.
Bu turun bu axşam baş tutacaq "Bakı" – "Turan" qarşılaşması saat 20:00-dan etibarən kanal vasitəsilə yayımlanacaq. Sabah isə "Neftçi" – "Xəzər Lənkəran" qarşılaşmasını izləmək mümkün olacaq.
