Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Dalğa Arena”da Çexiyanın “Slovan” klubunu qəbul edəcək.
Korner.az-ın məlumatına görə, klub yolun uzaqlığını nəzərə alaraq, azarkeşlərin bu matçda rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar ayıracaq.
Avtobuslar saat 17:00-dan etibarən Koroğlu metrostansiyasından stadiona yola düşəcək.
