Özbəkistan Mədəniyyət və İdman Nazirliyi ölkə futbolu haqda bir neçə qərar qəbul edib.
Korner.az-ın məlumatına görə, qərarlara əsasən, stadionlara içki aparmaq, sərxoş getmək, oyun zamanı və sonrası arenada siqaret çəkmək, üzlərini boyamaq, yandırıcı maddələr keçirmək, irqçi şüar səsləndirmək və hərəkətlər etmək, oyun zamanı stadionda hərəkət etmək qadağan olunub.