Premyer Liqada artıq iki tur geridə qalsa da azarkeşlər heç bir oyunu canlı olaraq telekanal vasitəsi ilə izləyə bilməyiblər. Lakin Korner.az-ın əldə etdiyi məlumata görə, artıq bu məsələ öz həllini tapmaq üzrədi. Qarşıdakı üçüncü turu çıxmaq şərti ilə növbəti turları futbolsevərlər "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı izləyə bilərlər. Artıq bu yolda danışıqlar yekunlaşmaq üzrədi.
