Azarkeşlərə görə “Beşiktaş”dan ayrılır
15.10.2024 , 14:30

“Beşiktaş”ın qapıçısı Ersin Destanoğlu klubundan ayrılmaq istəyir.
Korner.az xəbər verir ki, buna səbəb 23 yaşlı qolkiperin Frankfurt “Ayntraxt”ı ilə matçın sonunda azarkeşlər tərəfindən fitə basılması olub.
Ersin uyğun təklif olsa, oynaya biləcəyi komandaya getməyə razıdır.
Ersin Destanoğlu bu mövsüm “Beşiktaş”ın heyətində cəmi 1 oyun keçirib.
Mina Musayeva
