Ruslan Abışovun da formasını geyindiyi “Rubin” klubunun stadionunda azarkeşlər üçün yeni qaydalar tətbiq olunacaq.
Korner.az-ın məlumatına görə, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, bundan sonra fanatların stadionda davranış qaydaları sərtləşdirilib.
Belə ki, azarkeşlər arenaya banner, bayraq, baraban və meqafon gətirmək üçün mütləq klubun razılığını almalıdırlar. Bəzi qaydalar aşağıdakı kimidir:
– stadiona baraban və ya meqafon gətirmək üçün 20 nəfərdən az olmayan qrup adından kluba yazılı məlumat verilməli və məlumatda məsuliyyəti üzərinə götürən şəxsin ad-soyad və koordinatları göstərilməlidir.
– bayraq və bannerlərin yanğınəleyhinə təhlükəsizlik sertifikatı olmalıdır.
– bannerlərdə yazılar əcnəbi dildə olarsa, yanında mütləq klubun təsdiqlədiyi tərcüməsi yazılmalıdır.
– bütün bayraq və bannerlər oyuna iki gün qalmışadək klubda qeydiyyatdan keçirilməlidir.
– bütün təşkilatlandırılmış aksiyalar klubla razılaşdırılmalıdır.
