Topaz Premyer Liqasının IX turunda “Qarabağ” “Neftçi”nin qonağı olub
Korner.az-ın məlumatına görə, oyun qonaqların qalibiyyəti ilə yekunlaşıb – 2:0
Oyundan sonra mətbuat konfransında iştirak edən “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
“Bu gün Azərbaycanın ən güclü komandası ilə görüşdük. Bu klubla açıq futbol oynamaq çətin idi. Müdafiə futbolunu seçdik və o da özünü doğrultdu. Uzaq məsafədən qol oldu, bu da fərdi ustalıqdı. İkinci qol avtoqol idi. Sözün düzü komandanın oyunundan razı qaldım. İlk nvbəə onlardan istək tələb edirdim və bunu da meydanda gördüm”
– 9 nömrəli futbolçu qol vurmaq əvəzinə azarkeşi vurdu. Onun cəzası nə olacaq?
– Mən burda ola-ola həmin adam burda olmayacaq. Komandadan qovulacaq. Bu hadisə xoşagəlməz hadisədi. Düzdü, azarkeş də çıxmamalıdı, o, artıq təhlükəsizliyin işidi. Erik Kantona da buna görə 9 aylıq cəza almışdı. Mən tərəfindən bu futbolçuya çox ciddi cəza gözləyir. UEFA-ya ya FİFA-ya məktub yazmaq lazımdı, bunu başqa komandalarda da təkrar edə bilər.
– “Neftçi”nin bu duruma düşməsinin səbəbkarı kimdi?
– Mən bilmirəm. Mənə futbola aid suallar verin. Bu sual futbola aid sual deyil. Mən bu klubun baş məşqçisiyəm mənim işim meydandadı. Hər sahənin öz rəhbəri var. Mən oyuna cavabdehəm.
– “Neftçi”ni təhvil aldığınız vaxtdan indiki “Neftçi” arasında nə fərq var?
– Mən gələndən möcüzəli bir şey söz verməmişəm. “Neftçi” “Barselona”ya çevrilməyəcək, təbii ki. Fərq var əlbəttə. Biz “Qarabağ” kimi komanda olsaydıq, bir sistemlə və bir heyətlə oynaya bilərdik. Mən də istəmirən 5 müdafiəçi ilə oynayım. Vaxt lazımdı. Yaxşı amillər vardı. Maksimal xal yığmalıyıq.Yeni ildən sonra tamam başqa komanda olacaq və itirlən xalları bərpa edəcəyik.
