İngiltərə Liqa 1-in (üçüncü divizion) növbəti turu çərçivəsində keçirilən “Suindon” – “Leyton Orient” oyununda insident yaşanıb.
Korner.az-ın məlumatına görə, meydana daxil olan bir azarkeş qonaqların qapıçısı Ceyms Consa yumruq zərbələri endirib.
Daha sonra o yaxalanaraq polis bölməsinə aparılıb. Qapıçı isə bu xoşagəlməz olaya baxmayaraq oyunu sona qədər davam etdirib və nəticədə səfərdə komandası 3:1-lik qələbə qazanıb.
