Azarkeş meydana daxil olub, futbolçunu yumruqladı
10.03.2019 , 17:08

İngiltərə 2-ci liqası Çempionşipdə xoşagəlməz olay baş verib.
“Birminqam” – “Aston Vilya” görüşünün 10-cu dəqiqəsində meydan sahiblərinin azarkeşlərindən biri qonaq klubun futbolçusu Cek Grilişi yumruqla vurub. Futbolçunun köməyinə ilk olaraq onun komanda yoldaşları çatıb. Daha sonra həmin azarkeş meydandan uzaqlaşdırılıb.
