İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin futbolçuları Eden Azar və Dieqo Kostaya alternativlər tapılıb.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Telegraphy” xəbər yayıb.
“Zadəgalar” “Real”ın (Madrid) maraqlandığı Eden Azarın yerinə Aleksis Sançesi, sabiq klubu “Atletiko”ya qayıtmaq istəyən Dieqo Kostanın yerinə isə Romelu Lukakunu transfer etmək istəyir.
London təmsilçisi Romelu Lukaku üçün 70 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Xatırladaq ki, “Çelsi”dən “Evertona” 35 milyon avro qarşılığında transfer olan Romelu bu mövsüm 31 oyuna 22 qol vurub və 7 məhsuldar ötürmə edib. Aleksis Sançes isə bu mövsüm “Arsenal” forması ilə38 oyuna 22 qol vurub və 18 məhsuldar ötürmə edib.
