“Çelsi”nin baş məşqçisi Xose Mourinyo futbolçusu Eden Azarla olan müqavilə müddətini uzatmağı haqda danışıb.
Korner.az-ın məlumatına görə, klub saytına danışan portuqaliyalı mütəxəssis belçikalı yarımmüdafiəçinin ünvanına xoş sözlər deyib:
“Çox sevinirəm ki, Azar müqavilə müddətini uzatdı. O bilir ki, klubumuz ona çox şey öyrədəcək. Azar hazırda dünyanın ən güclü yarımmüdafiəçilərindəndi. Onun inkişafı davam edir. Azar dünyanın ən güclüsü olma prespektivinə malikdi”
