Qış transfer faliyyətini başa çatdıran AZAL iştirak ərizəsini bu gün PFL-ə təqdim edib.
Korner.az-ın məlumatına görə, Hacı Əhmədov (“Zirə”), Mirzaga Hüseynpur (“Sumqayıt”), Adan Koronado (Rehden, Almaniya), Eltun Hüseynov (“Zirə”) və Ziyabıl Məmmədovu (“Kəpəz”) heyətinə qatan paytaxt klubu bununla da seleksiya işlərini yekunlaşdırıb.
Adı çəkilən bütün futbolçuların “Qarabag”la oyunda meydana çıxmasında heç bir problem yoxdur.
