Topaz Premyer Liqasının XXIII turunda “Xəzər Lənkəran”ı qəbul edəcək AZAL oyuna hazırlaşır.
Korner.az-ın məlumatına görə, həmişə azarkeş marağına səbəb olan lənkəranlılarla görüşün bütün təşkilatı işləri artıq yekunlaşıb.
Bu oyunda billet satışı təşkil olunacaq. Artıq biletlər çap olunub və sabahdan etibarən stadionun kassalarında satışa çıxarılacaq. Qeyd edək ki, biletin qiyməti 3 manatdı.
