Topaz Premyer Liqasının XXVII turunda “Kəpəz”lə qarşılaşan AZAL öz meydanında 1:2 hesabı ilə məğlub olub.
Korner.az-ın məlumatına görə, bu yenilgi paytaxt təmsilçisinin tarixinə mənfi mənada yubiley kimi düşüb. Bakılılar ev oyunlarında 50-ci dəfə məğlub olub. Bu qarşılaşmayadək 49 dəfə öz meydanında uduzan AZAL mövsümün son ev oyununda 100-ü yarılayıb.
2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən komanda öz meydanında ümumilikdə 180 oyun keçirib. 82 qələbə və 48 heç-heçəsi olan paytaxt klubu 231 qol vurub, 160-nı buraxıb.
