AZAL Azərbaycan Premyer Liqasının ilk 3 turunda məğlub olub.
Korner.az-ın məlumatına görə, bu, Bakı klubunun tarixində ölkə çempionatlarında ən uğursuz startdır.
2005/06 mövsümündən Premyer Liqada çıxış edən komanda indiyədək ilk 3 turda belə uğursuz nəticə göstərməmişdi. Yalnız debüt mövsümündə 3 oyunda qələbə qazana bilməyən AZAL həmin vaxt 1 xalla kifayətlənmişdi.
Debüt mövsümündə daha gec – III turda ilk qoluna imza atan bakılılar digər çempionatlarda ilk iki matçda ən azı 1 qol vurub.