“Sumqayıt” Premyer Liqada yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirib. Korner.az- ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda “AZAL Arena”da AZAL-la üz-üzə gəlib. Elman Taqayev və Ruslan Zubkovun qolları sayəsində “təyyarəçilər” görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə “İnter”in qonağı olacaq.
