AZAL Premyer Liqanın XVI turuna tam heyətlə çıxa bilməyəcək.
Korner.az-ın məlumatına görə, Vaqif Sadıqov “Rəvan”la matçda 3 futbolçunun xidmətindən məhrum olacaq.
Belə ki, Vladimir Boqdanoviç, Branislav Arsenyeviç və Aylton cəza səbəbindən oyunu buraxacaq. Arsenyeviç “Xəzər Lənkəran”la səfər matçında qırmızı vərəqə alıb, Boqdanoviç və Aylton isə sarı vərəqə limitini doldurub.
