Topaz Premyer Liqasının 32-ci turunda AZAL doğma meydanda “Rəvan”la qolsuz bərabərliyə razılaşıb.
Korner.az baş məşqçilərin oyun haqda fikirlərini sizə təqdim edir:
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov: “Hər iki komanda qalib gəlməyə çalışırdı. Son iki dövrədə komanda qələbə qazana bilməyib. Yalnız iki səfər oyununda heç-heçə etmişik. Bugünkü oyunda 3 xalı qazanmaq istəyirdik. İlk hissədə futbolçularda həyacan hiss olunurdu. İkinci hissədə isə komanda istədiyimiz kimi oynadı. Hər iki komandanın qol imkanları oldu. Lakin təcrübəsizlikdən, və ya çox istəkli olmaqdan qol vura bilmədik. Qarşıda “Simurq”la oyunumuz var. Zədəli və cəzalı futbolçular qarşıdakı oyuna kimi sıraya dönəcəklər. Laşa Kasradze bir hissəni zədəli şəkildə oynadı. Komanda əlindən gələni etdi. Oyunumuz bizi bir az düşündürür”.
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar: “Bizim üçün çox vacib oyun idi. Kubokda mübarizəni dayandırdıqdan sonra bütün fikrimizi çempionata yönəltmişik. Qələbə qazanmaq istəyirdik, təəssüf ki, alınmadı. Hər iki komandanın qol imkanları oldu. AZAL son zamanlar yaxşı çıxış edir. Qarşımızda 4 oyun var, hamısında da qələbə qazanmaq üçün oynayacağıq. Oyundan oyuna daha yaxşı çıxış edəcəyik. Hər iki komandanın futbolçularını göstərdikləri oyuna görə təbrik edirəm. Rəqib bizim oyunu yaxşı öyrənmişdı. Sapelanın kubok oyunundan sonra zədəsi var idi, Kamal Bayramovun da yaxşı oynadığını düşünürəm”.
