Hazırlıqlarını ölkə daxilində davam etdirən AZAL klubu növbəti yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Vaqif Sadıqovun komandası birinci divizion təmsilçisi “Ağsu” ilə qarşılaşıb. Oyun 6:0 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.
Qeyd edək ki, AZAL-ın son yoxlama oyununu yanvarın 25-də “Neftçala”ya qarşı keçirəcək.
