AZAL “Qarabağ”la oyuna tam heyətlə çıxmayacaq.
Korner.az-ın məlumatına görə, baş məşqçi Tərlan Əhmədov XXIX turun matçında Branislav Arseniyeviçin xidmətindən yararlana bilməyəcək.
Belə ki, serb müdafiəçi cəzalı duruma düşüb. “Sumqayıt”la qarşılaşmanın 44-cü dəqiqəsində hakimin qərarına etiraz etliyinə görə cəzalanan Arseniyeviç sarı vərəqə limitini doldurub. O, bundan əvvəl “Simurq” (IX tur), “Xəzər Lənkəran” (XV) və “Bakı” (XXVII) ilə oyunlarda cəzalanmışdı.
