Premyer Liqanın 2015-2016 mövsümünün son turunda “Qarabağ”la qarşılaşacaq AZAL ciddi itkilərlə ülzəşib.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər”in iki üzvü – Aleksandr Quruli və Adan Koronado bu matçı buraxmalı olacaq. Buna səbəb isə hər iki futbolçunun dünən “Qəbələ” ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.
Qeyd edək ki, “Qarabağ” – AZAL matçı mayın 21-də keçiriləcək.
