AZAL növbəti mövsüm heyətini gücləndirməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov jurnalistlərə açıqlamasında komandaya cəlb olunacaq futbolçulardan danışıb:
“Qəbələ”nin futbolçusu Tərzin Cahangirov, bu komandadan ayrılan Bəxtiyar Soltanov və “İnter”dən Tural Hümbətovu heyətimizə qatmağı planlaşdırırıq. Hər üç futbolçu ilə yaxın zamanlarda müqavilə bağlayacağıq. Bundan başqa bir neçə gənc futbolçunu da heyətə qatmağı planlaşdırırıq”.
